- Cəmiyyət

Ukrayna hökumətində yeni kadr dəyişikliyi gözlənilir

Ukrayna Nazirlər Kabineti 5 vilayətin hərbi administrasiyasının rəhbərini vəzifəsindən azad etməyi planlaşdırır.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindəki mənbələr məlumat verib.

Bildirilib ki, söhbət Dnepropetrovsk, Zaporojye, Sumı, Xerson və Kiyev vilayətlərinin rəhbərlərinin istefasından gedir.

13:36

Ukrayna hökumətində yaxın vaxtlarda kadr dəyişikliyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, energetika naziri Qerman Qaluşenko, həmçinin gənclər və idman naziri Vadim Qutçayt və strateji sənaye naziri Pavel Ryabikinin vəzifələrindən ayrılması gündəmdədir.

Məlumata əsasən, bu nazirlər uzun müddətdir əvəzlənməyə namizəd sayılırlar.