- Cəmiyyət

Xəzər Universitetinin nümayəndə heyəti Ankarada

Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin “Türkiyə-Azərbaycan Gənclər Mübadiləsi” proqramı çərçivəsində Xəzər Universitetinin nümayəndə heyətinin Türkiyəyə səfəri başladı.

Nümayəndə heyətini Esenboğa hava limanında Gənclər və İdman Nazirliyi Kırşehirin rayon rəhbərliyi qarşıladı. Proqrama uyğun olaraq axşam ziyafəti verildi. Ziyafətdə Anayasa Məhkəməsi başkan vəkili Kadir Özkaya, Kırşehir İl müdürü Numan Nafiz Şahin, Layihə koordinatoru Hakan Avşar, Qazi Universitetinin professoru Camal Yılmaz iştirak etdilər. Onlar Xəzər Universitetinin nümayəndə heyətini salamlayaraq qarşıdakı səfərdə uğurlar arzuladı və nümaəndə heyətinin üzvlərinə Türkiyə-Azərbaycan bayraqlarının simgəsi olan geyimləri hədiyyə etdilər.