- Cəmiyyət

Ukraynanın Zaporojye vilayətində BMT missiyası atəşə tutulub

Ukraynanın Zaporojye vilayətində BMT missiyası Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

Onun sözlərinə görə, təşkilatın nümayəndələri humanitar yardım çatdırmağa çalışıblar.

“Atəşin olmaması ilə bağlı razılığa gəlindi. Amma təəssüf ki, Rusiya tərəfi Orexova humanitar yük gətirən BMT-nin humanitar missiyasını da atəşə tutub”, – A.Starux əlavə edib.