Futbol üzrə dünya çempionatında Tunis Yaponiya ilə qarşılaşıb.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar 4:0 hesablı qələbəyə seviniblər.
Qolları Daiti Kamada (4) Ayase Ueda (31, 83) və Cunya İto (69) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda Niderland İsveçə 5:1 hesabı ilə qalib gəlib.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyununda dördüncü qol vurulub.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar üstünlüklərini möhkəmləndiriblər- 4:0.
83-cü dəqiqədə Ayase Ueda dubl müəllifi olub.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyununda üçüncü qol vurulub.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar üstünlüklərini möhkəmləndiriblər – 3:0.
69-cu dəqiqədə Cunya İto fərqlənib.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalıların üstünlüyü davam edir – 2:0.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyununda ilk hissə yekunlaşıb.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar fasiləyə üstün yollanıblar – 2:0.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyununda ikinci qol vurulub.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar üstünlüklərini artırıblar – 2:0.
31-ci dəqiqədə Ayase Ueda qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyununda ilk qol vurulub.
“Report”un məlumatına görə, Monterrey stadionunda keçirilən F qrupunun II turunun matçında asiyalılar hesabda irəli çıxıblar – 1:0.
4-cü dəqiqədə Daiti Kamada qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Tunis – Yaponiya oyunu başlayıb.
“Report”un məlumatına görə, F qrupunun II turunun matçı Monterrey stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edir.









