- Cəmiyyət

Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Donald Tramp telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.

“Report”un məlumatına görə, bunu Ukrayna lideri öz “Telegram” kanalında bildirib.

“Bir qədər əvvəl Prezident Trampla danışdım. Mühüm söhbət oldu və bir çox məsələləri müzakirə etməyə vaxtımız çatdı. Nyu-Yorkda görüşmək barədə razılığa gəldik”, – deyə Zelenski yazıb.

O vurğulayıb ki, görüş “çox şeyi dəyişə bilər”.

Qeyd edək ki, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi başlayır.