- Dil, Manşet

Qırğızıstan da tədricən rus dilindən imtina edir

Qırğızıstan tədricən rus dilindən imtina edir.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkədə sənədləşmə işləri bundan sonra yalnız qırğız dilində həyata keçiriləcək.

Ölkə başçısı Sadır Japarov prosesinin qısa zamanda başa çatacağını söyləyib.

Buna qədər ölkədə sənədləşmə işləri qırğız dili ilə yanaşı, rus dilində də aparılıb.