- Mədəniyyət

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert təqdim edilib

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqisevərlərə daha bir konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə polşalı görkəmli sənətkar Pavel Kotlanın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, həmçinin solist İvana Sobotka çıxış ediblər.

Qara Qarayevin “İldırımlı yollarla” əsərinin səslənməsi ilə başlayan konsertdə ilk dəfə olaraq Karol Şimanovskinin “Şahzadənin mahnıları” silsiləsi ifa olunub.

Konsertin son kompozisiyası, dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri olmuş Lüdviq van Bethovenin 7 nömrəli simfoniyası ilə başa çatıb.

Konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbir karantin qaydalarına uyğun şəkildə keçirilib.