Mirzə Ələkbər SABİR
— Nə xəbər var, məşədi?
— Sağlığın!
— Az-çox da yenə?
— Qəzet almış Hacı Əhməd də…
— Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda?
— Belə nəql eylədilər!..
— Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?!
Bu isə pəs o ləinin de işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Dəxi bir başqa xəbər?
— Hacı Cəfərin oğlu Vəli Qoyub uşqolaya oğlun…
— O qurumsaq da?
— Bəli!
— Sənə kim nəql eylədi bu sözü?
— Bilməm kim idi.
— Oylə isə ona da min kərə lənət deməli!..
Bu isə pəs o Iəinin də işi qullabıdır.
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Dəxi bir başqa xəbər yoxmu?
— Tanırsan Qəfəri?
— Nə Qəfər? Hansı Qəfər?
— Mirzə Mənafın pədəri!
— Tanıram!
— Dün o da bir şübhəli kəslə danışıb.
— Kim deyirdi?
— Yedici Xansənəm arvadın əri.
— Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Yenə bir başqa xəbər varmı?
-— Bizim qonşu Kərim…
— A… A… A?..
— Bəli, hə… Hə!..
— O nə qaynb, de göriim?
— “Molla Nəsrəddin” alıb, həm özü, həm oğlu oxur.
— E1 bütün kafir imiş ölkədə, yoxmuş xəbərim!
— Bu isə pəs ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Mənə bir böylə xəbər çatdı: Səməd dam-daşını
Satıb, onversetə göndərmək üçün qardaşını…
— Bu xəbər doğradur, ancaq bunu da bilməlisiz…
Özü də çekmə geyib, saç da qoyubdur başına…
Bu isə pəs o ləinin də iş qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Bir belə söz də deyirlər ki, sizin Kalba Aşır
Yeni məktəbçilər ilə gecə-gündüz yanaşır?!
— Bəli, düzdür bu dəxi…
— Heyf, o dövlətdən ona!.
Dövlət azdırdı onu, dini-xudadan uzaşır…
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— Doğrudurmu ki, Bədəl də qoyub ağzın yabana,
Danışır bir para sözlər ki, dəyir rövzəxana?
— Bəli, qurbanm olum, lap o çıxıb məhzəbdən!
— Görməyirsənmi şişib boynu, dönüb bir qabana?!
Bu isə pəs o ləinin de işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
— O quramsaq Cəbi də gözləməyir hörmətimi,
Burda-orda, belə derlər ki, edir qiybətimi…
Bəli, hətta bu işin üstə ‘onun arvadına söymüşəm!
Borcun odur, – gözləmisən qeyrətimi…
Mən də her daim ona yağdıraram lənətimi,
Başlayıb dəvətimi, ərz edib hacətimi,
Vaqfi-nifirin edərəm hər günümü, saətimi,
Deyərəm xəlqə: bu bidinin işi qullabıdır,
Siz də lənət oxuyun, çünki bu məlun babıdır!