Molla Vəli VİDADİ
Könül sәbrü qәrar etmәz, gedәr yar olmayan yerdә,
Mәhәbbәt payidar olmaz vәfadar olmayan yerdә.
Vәfa qıl bir vәfadarә, ulaşma hәr biiqrarә,
Mәtaın atma bazarә, xiridar olmayan yerdә.
Mәnim hәmrazü hәmdərdim, deyim hәr bәdnüma gördüm,
Hünәr kәsb eylәmәz mәrdüm, bәli, ar olmayan yerdә.
Xuda, sәn saxla gəl fәrdi, çәtindir yalqızın dәrdi,
Pәrişanlıq tapar mәrdi havadar olmayan yerdә.
Dila, laf etmә mütlәqdәn, düşәrsәn zülmә nahәqdәn,
Neçün mәrdüm dönәr hәqdәn bir azar olmayan yerdә?!
Gәl, ey könlü olan rövşәn, qәbul et bu sözü mәndәn,
Necә mәqdur olur mәskәn gülә xar olmayan yerdә.
Könül dünyadә yar istәr, olubdur biqәrar istәr,
Vidadi xәstә var istәr, xaçan yar olmayan yerdә.