- Dil, Manşet

2022-ci ilin ən məşhur sözü

Oksford lüğəti “goblin mode” (qoblin rejimi) ifadəsini ilin sözü seçib.

Modern.az xəbər verir ki, bu barədə lüğətin saytında məlumat verilib.

“Goblin rejimi” ifadəsi sosial norma və gözləntiləri rədd edən, tənbəllik, səliqəsizlik və xəsisliklə xarakterizə olunan son dərəcə eqoist davranış mənasını verir.

Bu ifadə ilk dəfə 2009-cu ildə “Twitter”də işlədilib, lakin 2022-ci ilin fevralında qəzet və jurnalların başlıqlarında istifadə edilərək məşhurlaşıb. İfadədən koronavirus pandemiyası dövründə bəzi dövlətlərin siyasətlərini izah etmək üçün istifadə olunub.