6037 (1988 EG) asteroidi avqustun 23-də Yerə təxminən 6 milyon km məsafəyə yaxınlaşacaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin saytında məlumat verilib.
Yerə 7,5 milyon km-dən az yaxınlaşan kosmik obyektlər potensial təhlükəli sayılır. 6037 asteroidi avqustun 23-də Bakı vaxtı ilə saat 12:18-də minimum 6,1 milyon km məsafədə yaxınlaşacaq. Bununla belə, Yerin orbitini keçəcək.
Asteroidin diametri 430-960 m, sürəti 14,3 km/s-dir.