- Cəmiyyət

Moskva meri paytaxta dron hücumu olduğunu bildirib

Rusiyanın paytaxtı Moskvaya dron hücumu olub.

“Report” xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin teleqramda bildirib.

Onun sözlərinə görə, iki zərbə PUA-sı şəhərə daxil olmağa cəhd edib.

“Hər ikisi HHM tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hazırda düşmüş qalıqlardan dolayı zərərçəkmişlər barədə məlumat yoxdur”, – mer diqqətə çatdırıb.