- Cəmiyyət

ABŞ tezliklə ilk F-35 qırıcılarını Polşaya tədarük edəcək

Vaşinqton bu yaxınlarda ilk F-35 qırıcılarını Varşavaya tədarük etməyə hazırlaşır.

“Report”un məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində xəbər yayıb.

“Bu il avqustun 28-i, çərşənbə günü, saat 10:00-da (Bakı vaxtı ilə saat 03:00-da-red.) Fort-Uertdə, Polşa Aviasiya Günündə nazir müavinləri Pavel Beyda və Sezari Tomçik ilk F-35-in rəsmi təqdimatında iştirak edəcəklər”, – məlumatda deyilir.

Belə təyyarələr PATRIOT zenit-raket sistemləri və Amerikanın köhnə F-16 qırıcıları ilə birlikdə effektiv olacaq.

Nazirlik əlavə edib ki, Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış avqustun 29-da yerli vaxtla saat 10:00-da Vaşinqtonda Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşəcək.

Xatırladaq ki, Polşa daha əvvəl ABŞ ilə 32 ədəd beşinci nəsil “F-35 Lightning II” təyyarəsinin tədarükü üçün müqavilə imzalayıb.