- Xəbərlər, Yumor

Kovboylar haqda lətifələr

Kovboy əlində tapança gedir.
– İki kərə iki neçə edir?
– Bilmirəm.
– Part! Axmaqları sevmirəm!
– İki kərə iki neçə edir?
– Nəyinə gərək?
– Part! Kobudları sevmirəm!
– İki kərə iki neçə edir?
– Neçə lazımdır?
– Part! Yaltaqları sevmirəm!
– İki kərə iki neçə edir?
– Part! Hər şeylə maraqlananları sevmirəm!

***
Texasda opera premyerası.
– Ata, müğənni oxuyanda niyə yellənir?
– Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!

***
Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:
– Özünüzü qoruyun – deyir və ölür.
Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:
– Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.
Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:
– Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:
– Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.
Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:
– İndi özünüzü qoruyun, Ağ Bill gəlir.

***
Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:
– Həkim nə dedi?
– Dedi ki, öləcəksən!

***
Texaslı öz rançosunun böyüklüyündən danışır:
– Maşınla iki gün vaxt lazımdı ki, rançomun bu başından o başına gedəm.
– Əvvəllər mənim maşınım da ələngə idi – deyir dostu.

***
Bir Texas şəhərində yeni sakin kovboydan soruşur:
– Sizdə əla iqlim var. Yəqin, sağlamlığınız da əla olar?
– Bəli. Məsələn, təzə qəbiristanlıq açmışıq, ora kimisə basdırmaq üçün bir neçə adamı güllələməli olduq.

***
Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.
– Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır.
Həkim deyir:
– Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır…

***
İki kovboy rastlaşır.
– İşlər necədi?
– Pis. Arvadım ayağını sındırıb.
– Axırı necə olacaq?
– Güllələməli oldum….

***
-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.
– Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: “Bir”. At ikinci dəfə sürüşəndə Bill dedi: “İki”. At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: “Bir”.

***
Kovboy səhrada at çapır. Daxili səs ona deyir:
– Atdan düş, beli götürüb qaz. Beş metr dərində xəzinə var. Kovboy beli götürüb qazır və qızılla dolu sandıq tapır. Daxili səs deyir:
– Bilsəydim ki, burda dəfinə var, sənə deməzdim

***
Qoca kovboy gənc kovboyu həkimə göstərir:
– Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.
– Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?
– Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.

***
Kovboy bara girib 15 butulka pivə sifariş verir:
– Atım içmək istəyir!
At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:
– Bəs özünüz içmirsiniz?
– Nə danışırsız? Mən sükan arxasındayam!

***
Kovboy Amazonkanın sahilində soyunur ki, çimsin. Hindi ona deyir:
– Ser, burda çimməyin, çoxlu timsah var.
– Harda timsah yoxdu? Axı çimmək istəyirəm!
– Okean tərəfdə yoxdu.
– Dəqiq?
– Yüz faiz. Timsahlar akulalardan qorxur…

***
Kovboy bara gəlir, bir viski içir, yatmağa gedəndə barmenə deyir ki, saat beşdə onu oyatsın. Səhər onu oyadırlar. Atına minib başqa şəhərə gedir. Bara girib viski istəyir.
Ona deyirlər: “Qaralara qulluq etmirik!”
Kovboy güzgüyə baxıb deyir:
– Lənət şeytana! Qaranlıqda başqa adamı oyadıblar!

***
Vəhşi Qərbdə.
– Ay yetim, al bu konfeti.
– Mən yetim-zad deyiləm, o dee atam dayanıb..
Kovboy tapançanı çıxarıb kişini vurur.
– Ay yetim, al bu konfeti .

***
Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir butulka var. Ordan bir cin çıxıb deyir:
– Nə arzun varsa de, yerinə yetirim.
– Evə getmək istəyirəm.
Cin onun əlindən tutub dartır:
-Getdik!
Kovboy acıqlanır:
– Mən evə tez çatmaq istəyirəm!
– Onda qaçdıq…

***
İki kovboy səhrada çapır. Birdən biri qurşağından bıçaq çıxarır və o birindən qəzəblə soruşur:
– Pulun var?
– Nəyinə lazımdı? – deyə o biri qurşağından balta çıxarır.
– Heç. Xırdalamaq istədim.

 162 Oxunub