ABŞ hərbçiləri “Qızıl Günbəz” raketdən müdafiə sisteminin ilk sınaqlarını 2026-cı ildə başa çatdırmağı və artıq 2027-ci ildə uçuş sınaqlarına başlamağı planlaşdırırlar.
“Report” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunub ki, proqram yerüstü sınaqları, raketəleyhinə silahların iki uçuş sınağını, eləcə də 2029-cu ilin sonunadək hədəflərin ələ keçirilməsinin nümayiş etdirilməsini nəzərdə tutur.
Bununla yanaşı, ABŞ hökuməti sistemlərin yerüstü sınaqlarının artıq 2026-cı ildə uğurla başa çatdırılması halında raketəleyhinə silah istehsalçılarına 60 milyon dollar ödəməyə hazırdır.









