ABŞ ordusu Əhvaz şəhərində bəzi obyektlərə hava zərbəsi endirib.
“Report” xəbər verir ki, bu barədə Xuzistan vilayətinin qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Vəliullah Həyati bildirib.
“Tasnim”də yayılan digər məlumata görə, Sirik ərazisinə Amerika mərmisi düşüb: “Ətraflı məlumat ilkin qiymətləndirmələr aparıldıqdan sonra təqdim ediləcək”, – məlumatda qeyd olunur.
Əlavə edilib ki, Bəndər Abbas limanında ABŞ-nin yeni zərbələri nəticəsində xəsarət alan olmayıb, yaşayış və kommersiya obyektlərinə ziyan dəyməyib.
Qeşm adasına isə heç bir mərminin düşmədiyi bildirilib.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri İrana zərbələr barədə məlumat yayıb.









