- Cəmiyyət, Manşet

Fransanı məğlub edən İspaniya ilk finalçı olub

Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.

“Report”un məlumatına görə, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.

Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.

İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə – Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.