- Mədəniyyət

Azərbaycanın YUNESKO-dakı nümayəndəliyi Hacı Zeynalabdin Tağıyevlə bağlı paylaşım edib

“Bugünlərdə Bakıda Azərbaycanın tanınmış xeyriyyəçisi, ilk dünyəvi məktəbin banisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub.

Gələn il biz YUNESKO-da onun anadan olmasının 200 illik yubileyini qeyd edəcəyik”.

“Report”un məlumatına görə, bu fikirlər Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin tviter hesabında qeyd edilib

Xatırladaq ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yubileyləri YUNESKO-nun yubileylər proqramına daxil edilib. Bu barədə qərar YUNESKO-nun ötən ilin 9-24 noyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçirilmiş Baş Konfransında qəbul olunub.