- Cəmiyyət

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalarını 10 mövqe üzrə genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını 10 mövqe üzrə genişləndirib.

“Report” Britaniya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin məlumatında bildirilib.

Britaniya kibertəhlükəsizlik məsələləri ilə bağlı sanksiya siyahısına 14 yeni ad daxil edib. Sanksiyalar, həmçinin Londona qarşı kiberəməliyyatlarda əli olduğu iddia edilən Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarına, eləcə də “Rıbar” hərbi-analitik mərkəzinin əməkdaşlarına qarşı tətbiq edilib.