Məşhur “The Beatles” qrupunun solisti Con Lennonun dərc olunmamış kaseti və onun həyat yoldaşı Yoko Ono ilə olan müsahibəsi “Bruun Rasmussen Auctioneers” hərrac evində 75,5 min dollara satılıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, gənc cütlüyün müsahibəsi 1970-ci ildə Yutlandiyada olarkən lentə yazılıb. 33-cü dəqiqədə 16 yaşlı danimarkalı məktəblilərin Lennon və Onodan aldıqları müsahibəni eşitmək olar. Kasetdə, həmçinin Lennonun əvvəl dərc olunmayan “Radio Peace” mahnısı da var.