- Cəmiyyət, Dil, Manşet

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin bayram təbriki

Dəyərli soydaşlarımız!

Dünyanın hansı guşəsində, hansı dövlətin ərazisində, öz tarixi torpaqlarımızda və ya özgə torpaqlarında yaşamağımızdan asılı olmayaraq, biz bir millətik, bir ata-ananın övladlarıyıq. Bunu sübut edən ən birinci dəyər dilimizdir. Dünyanın ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycanda doğulmuşuq, kökümüz və ruhumuz bu müqəddəs vətənə bağlıdır və hamıməzın bir doğma ana dili var. Unutmayaq ki, ulularımızla, bu torpaqda yatan əcdadlarımızla, keçmişimizlə  gələcək nəsillərimizi bir bağ – dil bağlayır. Ana dilimiz əcdadlarımızla bizi bağlayan ən etibarlı körpüdür.

Hər ilin sonunda köhnə illə vidalaşdığımız gündə azərbaycanlıların milli birlik və həmrəylik bayramı keçirmələri rəmzi məna daşıyır, yəni biz hər yeni ilə 50 milyonluq Azərbaycan türkünün və bütün Azərbaycan vətəndaşlarının yüksək vətən sevgisi ilə, birlik və bərabərlik uğrunda mübarizə əzmi ilə başlayırıq.

Bu bayram günündə dünyada yaşayan bütün soydaşlarımızı Milli Həmrəylik və Yeni il bayramları münasibətilə ürəkdən təbrik edir, milli birliklə yanaşı, həm də dil birliyi arzulayırıq!

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”