Finlandiya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər verməkdən imtina edib.
Modern.az xəbər verir ki, bununla bağlı məlumatı Finlandiyanın müdafiə naziri Antti Hakkanen açıqlayıb.
“Biz imkanlarımız daxilində və mümkün olan maksimum həddə qədər əlimizdən gələni etdik. Lakin hava hücumundan müdafiə sahəsində daimi döyüş hazırlığımızı təhlükə altına qoya bilmərik”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, Ukraynanın silah çatışmazlığı problemini amerikalılar həll etməlidir və onlar raketlərin istehsalını sürətləndirməlidirlər.
Qeyd edək ki, daha əvvəl Rumıniya, Bolqarıstan, Niderland və Polşa Kiyevə hərbi yardım göstərmək imkanlarının tükəndiyini bildirmişdilər.









