- Mədəniyyət

“İrs/Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb

“İrs/Erbe” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın budəfəki buraxılışında da Qarabağ ən mühüm mövzu kimi diqqəti çəkir. Bu nömrə də baş redaktor, tanınmış publisist, rəhbərlik etdiyi “İrs” nəşriyyatında son illərdə Azərbaycan tarixi və mədəniyyəti, o cümlədən Qarabağ haqqında olduqca dərin məzmunlu, ensiklopedik biliklərə söykənən və çox nəfis bir şəkildə dərc edilmiş kitabları ərsəyə gətirmiş Musa Mərcanlının “Yeni dövr, yeni vəzifələr” başlığı altında yazdığı ön sözlə açılır.
İrs/Erbe” jurnalının bu nömrəsində yer almış Sənubər Dostiyevanın Səfəvilər dövründə ölkəmizə yol tapmış və bu gün Azərbaycan Milli Muzeyində saxlanılan Avropa pul sikkələri haqqındakı məqaləsi, tarixçi Emil Kərimovun azərbaycanlıların etnik-psixoloji portretini əks etdirən yazısı, Gülrəna Qacarın Azərbaycan realist rəssamlıq məktəbinin yaradıcısı Bəhruz Kəngərlinin həyat və yaradıcılığına həsr etdiyi oçerk və nəhayət, Sabina Tumanskayanın Azərbaycanın isti bulaqlarından və müalicə əhəmiyyətli su mənbələrindən danışan reportajı alman oxucuları üçün ölkəmizi daha yaxından tanımaq imkanı yaradır.