- Cəmiyyət, Manşet

İsrailin cənubunda könüllülər daha 100 cəsəd aşkar ediblər

İsrailin könüllü xilasetmə fəaliyyəti ilə məşğul olan ZAKA ictimai təşkilatının üzvləri ölkənin cənubunda yerləşən Kibbutzda ən azı 100 cəsəd aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti təşkilatın nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS radikallarının hücumu nəticəsində Kibbutz tamamilə dağıldığı üçün qurbanların sayı daha da arta bilər. Belə ki, həmin ərazidə minə yaxın insan yaşayırmış.

Bununla da HƏMAS-ın hücumundan sonra ölən israillilərin sayı 900-ə çatıb.