Futbol üzrə dünya çempionatında Fransa Mərakeşə qalib gəlib.
“Report”un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
“Xoruzlar”ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.
Mbappe 28-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyib.
Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya – Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının Fransa – Mərakeş oyununda ikinci qol vurulub.
“Report”un məlumatına görə, Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar – 2:0.
66-cı dəqiqədə Usman Dembele fərqlənib.









