- Mədəniyyət

Musiqili Teatrda ecazkar caz-tamaşanın premyerası olub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin’s Jazz Club” caz-tamaşasının premyerası uğurla təqdim olunub. Fərqli üslubu və maraqlı səhnə tərtibatı ilə seçilən 4D formatlı tamaşa Azərbaycan teatr məkanında ilklərdəndir.

AZƏRTAC xəbər verir ki, teatrın rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova, layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.