- Mədəniyyət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Sülh, müxtəliflik və bəşəri dəyərlərimiz” mövzusunda toplantı keçirəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nın Cenevrə ofisi ilə birgə “Sülh, müxtəliflik və bəşəri dəyərlərimiz” mövzusunda XXII Ali Səviyyəli toplantısını keçirəcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 4-5-də BMT-nin Cenevrə ofisində keçiriləcək toplantıda Baş direktor Tatyana Valovaya, İsveçrənin sabiq Prezidenti Micheline Calmy-Rey, Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberqa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti Kolinda Grabar-Kitaroviç, Bosniya və Herzegovinanın sabiq prezidenti Mladen İvaniç, Ukraynanın sabiq birinci xanımı Kateryna Yuşşenko, Latviyanın sabiq prezidenti Valdis Zatlers, BMT-nin Cenevrə ofisinin baş direktor ofisinin rəhbəri David Çikvaidze, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, o cümlədən BMT-nin Cenevrədə yerləşən qurumlarının rəhbərlərinin iştirakı ilə dəyişən dünyada sülh və təhlükəsizlik, ətraf mühit və iqlimin dəyişilməsi problemləri, davamlı inkişaf proqramında bərabərlik kimi mövzular müzakirə ediləcək. Toplantı zamanı, həmçinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi qeyd olunacaq.

Qeyd edək ki, toplantı VIII Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.