- Mədəniyyət

Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq

İngilis hərrac evi, 250 illik tarixi dövrü əhatə edən altı Osmanlı sultanının portretini satışa çıxaracaq.

AZƏRTAC TRT-yə istinadla xəbər verir ki, auksion oktyabrın 28-də reallaşacaq.

Osmanlı sultanlarından Orxan Qazi, Sultan İldırım Bəyazid, İsa Çələbi, Çələbi Mehmed, I Səlim və II Səlimin portretlərindən ibarət əsərlərin satiş qiymətinin 2.8 milyondan çox olacağı qeyd edilir.