- Cəmiyyət

Rusiya və Çin hərbi sahədə əməkdaşlığı davam etdirəcək

Rusiya və Çin hərbi sahədə əməkdaşlığı davam etdirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Moskvada keçirilən görüşdən sonra Kreml rəhbərinin köməkçisi Yuriy Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər Müdafiə Nazirliyi vasitəsilə əvvəllər əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılaşıblar.