- Manşet, Maraqlı

Rusiyadakı şamanların sayı açıqlanıb

Rusiyada yaşayan şamanların təqribi sayı açıqlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ümumrusiya şamanlarının ali başçısı Kara-ool Dopçun-ool danışıb.

O, Rusiyadakı şamanların sayının hər il artdığını bildirib.

“Hazırda Rusiyada yaşayan bütün şamanların təqribi sayı 4 mindir”, – deyə K.Dopçun-ool söyləyib.