- Cəmiyyət

Tehranda məhkəmə və prokurorluq binasının qarşısında partlayış törədilib

İranın paytaxtı Tehranda məhkəmə və prokurorluq binasının qarşısında partlayış törədilib.

“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Məlumata görə, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. 3 dəfə partlayış səsinin eşidildiyi də bildirilib.

Hadisəni törədənlər barədə məlumat yayılmayıb. Partlayış nəticəsində ölən və xəsarət alanın olduğuna dair məlumat yoxdur.