Ötən gün İspaniya La Liqasında “El-Klassiko” oynanılıb.
Modern.az xəbər verir ki, lider “Barselona” öz meydanında əzəli rəqibi “Real”la qarşılaşıb.
Meydan sahibləri hesabda geri düşsə də, əzmkar oyun nümayiş etdiriblər. Maraqlı anlarla yadda qalan derbi görüşündə “Barselona” 2:1 hesablı qələbə qazanıb.
Komandalar arasında İspaniya kubokunun yarımfinalında keçirilən sonuncu görüşdə Kataloniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Barselona” 68 xalla 1-ci, “Real” 56 xalla 2-ci yerdədir.