- Cəmiyyət, Manşet

İçərişəhərdə təntənəli bayram tonqalı qalanıb

İçərişəhər ərazisində bayram tonqalının qalanması ilə “Bayram qalası”na start verilib.

AZƏRTAC xəbər verir ki, İçərişəhər sakinləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, yerli ziyarətçilər və xarici turistlərin iştirakı ilə qalanan tonqal ətrafında bayram ab-havası davam edib.

Tədbir konsert proqramı ilə müşayiət olunub.

“Bayram qalası” günləri martın 26-dək davam edəcək və bu günlərdə uşaqlar üçün ustad dərsləri, mühazirələr və konsert proqramları təşkil olunacaq.