- Mədəniyyət

“CinemaPlus”da Ceyms Bondun təqdimatı keçirilib

“CinemaPlus” premium kinoteatrı “Agent 007” filminin nümayişindən əvvəl pərəstişkarları üçün sürpriz hazırlayıb.

Ceyms Bondun “Ölmək vaxtı deyil” filminə bilet alan tamaşaçılar üçün “Bolşoy Prazdnik” şirkətindən dekorasiya təşkil edilib.

Ceyms Bond filmlərinin saundtrekləri də daxil olmaqla məşhur filmlərin mahnılarını ifa edən “Avanqard” Kamera Orkestrinin konserti tədbirə xüsusi bir atmosfer bəxş edib.

Baş qəhrəmanın obrazı foto və video çəkilişlərində fəal iştirak edib və “Light in Black” kreativ şirkətinin xüsusi ssenarisi əsasında videoda da rol alıb.

Ceyms Bondun makiyajını “Make-up Academy” peşəkar məktəbinin müəllimi Natalya İsmaylova edib. Kostyumu isə aktyora “Emiland” şirkəti təqdim edib.

Keri Fukunaqanın rejissoru olan filmdə baş rollarda Ana de Armas, Deniel Kreyq və Lea Seydu oynayıb.

Film haqqında qısa məlumata gəlincə, Ceyms Bond xəfiyyəlik xidmətindən ayrılıb və Yamaykada sakit həyat tərzi sürür. FTB-dən olan köhnə dostu Feliks Leyter adadan kömək istədiyi zaman isə hər şey dəyişir. Qaçırılan alimi xilas etmək missiyası düşündüyündən də təhlükəlidir. Bond təhlükəli texnoloji silahlarla silahlanmış məxfi bir cani tərəfindən tələyə salınır. (report)