- Mədəniyyət

Azərbaycanlı tələbə Hindistanda tamaşada əsas rollardan birini ifa edib

Dehli şəhərində yerləşən Shriram Bharatiya Kala Kendra İnstitutu tərəfindən məşhur qədim hind dastanı olan “Ramayana” əsasında teatr tamaşası təşkil edilib.

Azərbaycanın Hindistandakı səfirliyindən bildiriblər ki, tamaşada adıçəkilən institutda klassik Hindistan rəqsi üzrə təhsil alan I kurs magistr tələbəsi həmvətənimiz Türkan Sadıqzadə rollardan birini canlandırıb. İfaçılar gözəl rəqsləri və rəngarəng geyimləri ilə tamaşaçıları heyran ediblər.

Bu kimi tədbirlər Azərbaycan və Hindistan gəncləri arasında bir-birinin mədəni irsi və incəsənətinin öyrənilməsinə, onlar arasında davamlı dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. (azertag)