Yuhan Borgen
Bir dəfə şir ilə quzu yan-yana talada gəzişirdi. Qəfildən quzu şiri sorğu-suala tutmağa başladı: “Ay şir, sənin fikrincə, hazırda biz hansı zamanda yaşayırıq?”
“Soruşursan hansı zamanda?”, – şir quzunun sualını təkrar etdi.
– “Allahına şükür elə ki, biz yaşayırıq, bəyəm bu, səni qane eləmir? Bundan əlavə, yaşadığımız zaman məhz elə bizə məxsusdur. Əgər belə olmasaydı, biz əsla yaşaya bilməzdik”, – şir sözünü yekunlaşdırdı.
Quzu taladakı yağlı otlardan yedikcə şirin dedikləri barədə düşünüb-daşındı və nəhayət dilləndi:
“Sən çox müdriksən, ay şir! Yürütdüyün fikirlərində də haqlısan. Yaşadığımız indiki zaman əlbəttə ki, bizə məxsusdur. Amma məni başqa şey düşündürür. Dəfələrlə eşitmişəm ki, üç növ zaman mövcuddur: gözəl və eyni zamanda qəddarlığı ilə seçilən keçmiş zaman, sadəcə qəddar və amansız olan indiki zaman və bir də özündə tolerantlıq ruhu yaşadan, məsələn şirlə quzunun azad, sərbəst olaraq yan-yana gəzişdikləri gələcək zaman. Mən bu fikri ağıllı bir qoca keçidən eşitmişdim və düşündüm ki, indi məhz gələcək zamanın vaxtıdır”.
Şir o dəm quzunun başını dişləyib qopardaraq: “Sən ki, özün bu barədə mənim yadıma saldın, deməli hələ keçmiş zamanda yaşayırıqmış”, – dedi.
kayzen.az