- Ədəbiyyat

İspan yazıçısı 45 min avro məbləğində “Azorin roman mükafatı” alıb

İspan yazıçısı Maria Saragosa İdalqo “Alov kitabxanası” romanına görə 45 min avro məbləğində “Azorin roman mükafatı” alıb.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Genoveva Vilar təxəllüsü ilə tanınan yazıçının romanında hadisələr müharibədən sonrakı dövrdə cərəyan edir. Süjetə görə kitabxananın gənc əməkdaşı vətəndaş müharibəsində qalib gələn tərəfin yandırmaq istədiyi kitabları qorumaq məsuliyyətini üzərinə götürür.