Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir.
“Report”un Fransa bürosu məlumat verir ki, “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Milena Nəbiyeva, Rafail Əliyev, Ayla İnsanovanın rəsm əsərləri nümayiş olunur.
Milli ruhumuzun, qədim tariximizin, abidələrimizin, ənənələrimizin əks olduğu bu rəsm əsərlərləri böyük maraqla qarşılanıb.
Sərgidə azərbaycanlı fotoqraf Maya Bağırovanın fotoları da nümayiş olunur.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi aprelin 10-dək davam edəcək.