- Ədəbiyyat

Qasım bəy ZAKİR. Məndən

Qasım bəy ZAKİR

Neyləmışəm, incımısən
Yenə, ey gulbədən, məndən?
Zahirən, vardır təzədən
Sənə bir soz deyən məndən?

Qəm evində zar olalı,
Eşqə giriftar olalı,
Yarımadıq yar olalı,
Nə mən səndən, nə sən məndən.

Mailəm ceşmi-ğəzalə,
Olmuşam dərdə həvalə.
Əl goturməz ahu nalə
Gecələr subhədən məndən.

Pərişan etdin halımı,
Əyibsən qəddi-dalımı;
Nə deyim, tanrı zalımı
Xəbər alsa, gorən, məndən?

Yox olub Zakirin varı,
Gunbəgun artar azarı
Xəbərdar eyləyin yarı,
Ey Allahı sevən, məndən.