- Mədəniyyət

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə göstəriləcək

Noyabrın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, musiqi tərtibatı Xalq artisti Cavanşir Cəfərovdur. Əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, Ramil Məmmədov və aktrisa Zülfiyyə Alhüseynova canlandırır.