- Mədəniyyət

“Bakı Caz Festivalı – 2022” başlayır

Sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və noyabr ayına təyin edilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, festival noyabrın 15-də başlayır və noyabrın 20-dək davam edəcək. Yenilənmiş proqram tanınmış xarici ifaçıların, dünya caz ulduzlarının adları ilə seçilir.

Bu, ilk növbədə, Grammy mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Noyabrın 15-də “Bakı Caz Festivalı – 2022” çərçivəsində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcək. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edəcək.