- Cəmiyyət

AVRO-2024-ə vəsiqə qazanan sonuncu komandalar müəyyənləşir

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının son üç iştirakçısı bu gün bəlli olacaq.

“Report”un məlumatına görə, pley-offun finalında Gürcüstan – Yunanıstan, Ukrayna – İslandiya və Polşa – Uels oyunları baş tutacaq.

Qələbə qazanan yığmalar AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar.

26 mart
AVRO-2024-ün pley-off mərhələsinin finalı

21:00. Gürcüstan – Yunanıstan
23:45. Ukrayna – İslandiya
23:45. Polşa – Uels

Gürcüstan – Yunanıstan cütünün qalibi F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olacaq. Ukrayna – İslandiya duelinin güclüsü E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək. Polşa – Uels matçında sevinən tərəf D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.