- Mədəniyyət

“Detaşe” violinoçular ansamblı konsert proqramı ilə çıxış edib

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Detaşe” violinoçular ansamblının konserti olub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi, konsertmeyster Səbinə Muradovanın müşayiəti ilə dinləyicilərə musiqili anlar yaşadılıb.

Proqramda Ü.Hacıbəyli “Koroğlu” operasından 2 rəqs, A.Dadaşov “Baxvari”, F.Bədəlbəyli “İthaf”, A.İbrahimov-Bramo “Şuşa”, Q.Qarayev “İldırımlı yollarla” baletindən “Laylay” və “Rəqs”, İ.Yohov “Vivaldisayağı”, İ.S.Bach “Ave Mariya”, İ.Brahms “Macar rəqsi”, N.Hess “Pyes”, K.Bom “Daimi hərəkət”, N.Rubinşteyn “Cəhrə”, T.Quliyev “Sevgi valsı” və D.Şostakoviç “Vals” səsləndirilib.