Nyu-York şəhərində keçirilən “New York Indepedent Cinema Awards” festivalında kiprlı rejissor Dərviş Zaimin “Flaşbellek” filmi “Ən yaxşı beynəlxalq film” mükafatına layiq görülüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2019-cu ildə Gaziantep və Konyada çəkilən film Suriyada yaşanan hadisələrdan bəhs edir.
Film Suriyada yaşayan Əhməd adlı bir nəfərin başına gələnlərdən bəhs edir. Belə ki, o, bir hücum nəticəsində danışıq qabiliyyətini itirir. Bu faciədən sonra Əhməd münaqişələrdə ölən insanların fotoşəkillərinin çəkməyə başlayır və gördüklərin dünyaya çatdirmaq qərarına gəlir. Bu qərar onu böyük bir seçimlə üz-üz qoyur. Əhməd özünü və ailəsini qorumaqla, insanlıq qarşısında vəzifələrini yerinə yetirmək arasında seçim etmək məcburiyyətində qalır.
Qeyd edək ki, 2022-ci ildə nümayiş ediləcək film bundan əvvəl 27-ci Sedona Film Festivalında “Ən yaxşı beynəlxalq film” mükafatını və Fransada Cinemed Montpellier Film Festivalında “Gənc jüri mükafatını” qazanmışdı.