- Cəmiyyət, Manşet

Azərbaycanın üç güləşçisi finala yüksəlib

Azərbaycanın daha bir sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib.

O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub.

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Səbuhi Əmiraslanov (79 kq) bürünc medal, Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.

Medal görüşləri sabah gerçəkləşəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

21:23

Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.

“Report”un məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar.

Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq.

20:58

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib.

O, həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək.

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.

Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.

20:14

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

“Report” xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib.

O, həlledici qarşılaşmada Süleyman Atlı (Türkiyə) ilə üz-üzə gələcək.

Bu gün, həmçinin, Hacı Əliyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.

16:56

Azərbaycanın sərbəst güləşçilərinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsindəki rəqibləri bəlli olub.

“Report” xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə finala gedən yolda Simeone Piroddu (İtaliya) ilə üz-üzə gələcək.

70 kq-dakı Hacı Əliyev bu raundda Vasile Diakonla (Moldova), 79 kq-dakı Səbuhi Əmiraslanov Vasili Mixaylovla (Ukrayna) görüşəcək.

97 kq-dakı Maqomedxan Maqomedov Vladislav Baytsayevin (Macarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

16:19

Azərbaycanın daha dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.

97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.

65 kq-dakı Əli Rəhimzadə isə Vazgen Tevanyana (Ermənistan) uduzub.

Daha əvvəl Hacı Əliyev (70 kq) bu raundadək irəliləyə bilib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

15:30

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.

Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.