2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının laureatı macar yazıçısı Laslo Krasnahorkai olub.
Bu barədə Nobel Komitəsi xəbər verir.
Mükafat L.Krasnahorkaiyə “apokaliptik dəhşətin ortasında incəsənətin gücünü təsdiq edən inandırıcı və uzaqgörən yaradıcılığına” görə təqdim edilib.
Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang layiq görülüb.
Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.
Xatırladaq ki, ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
apa









