- Ədəbiyyat

Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə uyğunlaşdırılmış “Biz artıq böyümüşük” hekayəsinin yayımına başlayıb.

Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən bildirilib.

Hekayə türk dilinə Mərkəzin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.