- Müsahibə

“Pesaro Madonna”

Görkəmli rəssam, universal alim Tisian Veçellio yaradıcılığı ilə İtaliya intibahı dövründə öz möhürünü qoyub. Tisianın portret, mənzərə fonları, mifoloji əsərlərində rəngin tətbiqi təkcə İtaliya intibahı rəssamlarının deyil, Qərb rəssamlarının, gələcək nəsillərin yaradıcılığına böyük təsir göstərib. Tisianın yaradıcılıq fəaliyyətinin çox hissəsini boya ilə işlədiyi üçün Mikelancelonun yaradıcılığına bərabər sayılırdı. Onun yaradıcılığının möhtəşəm silsilə əsərləri bunlardır: “Urbinalı Venera”, “Pesaro Madonna”, “Qeyserin dinarları” və s.

Bu gün danışacağım əsəri isə Tisianın “Pesaro Madonna” rəsmidir.

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Humay İslamovadır.

– Humay xanım, söhbətimizə əsərin mövzusundan başlayaq. Mövzu nədir?

– “Pesaro Madonna” – qədim rəsmləri xatırladan əsər dini mövzudadır. Əsər on altıncı əsrdə Venesiyada Frari Bazilikasında, Jacopo Pesaronun sifarişi ilə çəkilib. Texnikası yağlı boya olan rəsmdə material olaraq kətandan istifadə edilib. Əsər Manyerizm cərəyanının dövr etdiyi vaxtlarda ərsəyə gəlib. Tisian bu işi ilə yeni kompozisiya növünü yaratmağa nail olub. Müqəddəslər Pesaro ailəsinin kişi üzvləri və Madonna ilə birlikdə kilsənin monumental sütunlu eyvanında yer alır.

– Əsərin texnikası haqqında nə deyə bilərsiniz?

– Rəsm günəş işığı və kölgələrlə zəngindir. Ölçüsü 4.88 m x 2.69 m-dir. Xüsusilə qeyd etmək lazımdır ki, bu rəsm əsəri innovativdir. Əsər iki böyük sütunu əhatə edib, memarlıq quruluşu şaqulidir. Rəssam izləyicinin diqqətini Madonna və uşağa çəkmək üçün diaqonal və üçbucaqlı prinsiplərdən istifadə edib.

2012-ci ilin mayında İtalyanın şimalında baş verən zəlzələdən sonra  qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilərək rəsmin uzun müddətli konservasiyasına başlanılmışdı. Rəsm konservasiya olunarkən kilsədə onun surətinin fotoşəkili nümayiş etdirilirdi. 2017-ci ilin 21 sentyabr tarixində Tisianın bərpa edilmiş qurbangahının yenidən quraşdırılmasını qeyd edən zaman mərasimdə 400 nəfərdən çox insan iştirak etmişdi.

– Əsərin koloriti necədir?

– Rəssamın yaradıcılığının xeyli hissəsini yağlı boya ilə işlənmiş əsərlər təşkil edir. “Pesaro Madonna” da yağlı boya ilə işlənilib. Fon açıq səma mavisi tonundadır. Geyimlər əsasən tünd mavi və qırmızı tonlarında rənglənib. Divarın boyaları açıq-boz rəngə çalır. İşıq və kölgələr daha qabarıq nəzərə çarpır. Daha çox yuxarı hissədə qara rəng tonunda kölgələrə rast gəlirik. Bir sözlə, mavi, qırmızı, boz rəng tonlarından daha çox istifadə edilib.

– Bir qədər də rəsmdə verilən detallar və mesajlardan danışaq.

– Tisian himayədarını sədaqətli pozada Məryəmin qarşısında diz çökən şəkildə təsvir edib. Əsərdə Müqəddəs Pyotrun açarı da göstərilir. Yuxarıdakı buludda körpə mələklər görünür. Arxa görünüşdə bir nəfər xaç tutur. Mələyin kürəyi körpə Məsihlə yan-yana durur və o, Məryəmin qucağında oynaqcasına çevrilir. Su yollarından parıldayan Venesiya işığı, bu tablonu işıqlandırır.

– Bəs pilləkən?

– Pilləkən cənnətə aparan səmavi yola işarədir. Tisian bu rəsm əsərində Məryəm üçün model kimi doğuş zamanı ölən həyat yoldaşından istifadə edib. Sol tərəfdə böyük qırmızı bayraq təsvir olunub. Bu bayraq mərkəzdə Papanın qollarını, aşağıda isə Jacoponun qollarını göstərir. Əsər sanki qələbə simvoluna həsr olunub. Çünki qələbənin nişanəsi sayılan dəfinə budağı nümayiş aydın görünür.

Qeyd etdiyim kimi, əsər dini mövzuda çəkilib. Tisian bu qurbangahı çəkərkən rəsm və rəngli məkanın mərkəz nöqtəsində sədaqətli fiqurların yerləşdirilməsi ilə bağlı əsrlər boyu davam edən ənənəni pozub. Söhbət bakirə və uşaq fiqurlarından gedir. Bir sözlə, iyerarxiya yaranır. Əsərdə Pesaro ailəsinin dindar olduğu da nümayiş etdirilir.

– Sizcə, bu əsər bizə nə deyir?

– Görkəmli rəssam Tisian əsəri ilə bizə Barokko dövrünün mürəkkəb keçməsini çatdırır. Həmçinin, dini mövzu olaraq Müqəddəs Məryəm ana və oğlu İsa Məsihin ənənəvi mövzu və dini inanc olduğu nümayiş etdirilir. Rəssam işıq və kölgələri daha parlaq, kəskin şəkildə göstərir. Beləliklə, Tisian yaradıcılığının güclü boyakarlıq tərəfini bu rəsm vasitəsilə bir daha görmüş oluruq.

Aytac SAHƏD
535.az