- Cəmiyyət

Si Cinpin beşillik müddətə yenidən Çin Sədri seçilib

14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (parlament) birinci sessiyasının nümayəndələri yekdilliklə Si Cinpinin üçüncü beşillik müddətə Çin Sədri seçilməsinin lehinə səs veriblər.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, səsvermədə 2 952 nəfər iştirak edib.