- Mədəniyyət

Milli Teatr Günü ilə əlaqədar telemarafon keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.

Qeyd edək ki, bu gün 10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur.